Amerika və İsrail bir yerdə olmalıdır

Dünya

25.07.2024 10:02

“Sivilizasiya qüvvələrinin qələbə çalması üçün Amerika və İsrail bir yerdə olmalıdırlar”.

TodayPress, “CNN”ə istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Konqresinin Senatı və Nümayəndələr Palatasının birgə iclasında çıxışı zamanı deyib.

Baş nazirin sözlərinə görə, Amerika və İsrail daim bir yerdə olmalıdır ki, rəqibləri hər zaman məğlub olsunlar.

Qeyd edək ki, bir sıra demokratlar birgə iclasa qoşulmaqdan imtina ediblər. 

Töhfə Səməd

tag: Amerika, İsrail, Netanyahu, Demokratlar, todaypress.az,