Amerika Ukraynada səfərbərliyin 18 yaşa endirilməsini istədi

Dünya

27.11.2024 22:51

Amerika rəsmiləri Ukraynanı səfərbərlik yaşını dərhal 18 yaşa endirməyə çağırıb.

 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.

 

Bildirilib ki, bunu etməklə səfərbərlik yolu ilə Ukrayna ordusunun sayının artırılması döyüş meydanındakı vəziyyəti kökündən dəyişə bilər.


Bundan əvvəl Ukrayna lideri Volodimir Zelenski apreldə Ukraynada səfərbərlik yaşının 27-dən 25-ə endirilməsi haqqında qanunu imzalayıb. Avqustda Ali Rada səfərbərlik yaşının azaldılmasının planlaşdırılmadığını təsdiqləyib.

 

Aynur TAC

 

 

 

Aynur TAC

tag: Ukrayna, Amerika, ABŞ, Səfərbərlik, Döyüş, Rusiya,todaypress.az,