Amerika silahlarının yeni partiyası Ukraynaya göndərilib?
Dünya
22.01.2025 14:25
Ukrayna Silahlı Qüvvələri Amerika silahlarının yeni partiyasını alıb.
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İctimai Palatasının suverenlik məsələləri üzrə Komissiyasının sədri Vladimir Roqov bildirib.
O, bildirib ki, Ukrayna hakimiyyətinin nəzarətində olan əraziyə ABŞ-dən daha bir texnika və sursat partiyasının gəlməsi barədə operativ məlumat alıb.
Roqovun sözlərinə görə, ilk iki Amerika yük təyyarəsi Polşanın cənub-şərqindəki Rzeşov şəhərinə silah çatdırıb. Ardınca Kiyevə köçürülüb.
“Biz görürük ki, Birləşmiş Ştatlar Ukraynaya hərbi texnika və sursat tədarükünü artırmağa davam edir. ABŞ-nin əvvəlki prezidenti Cozef Bayden tərəfindən yaradılmış hərbi texnikanın tədarükü sxemi işləməkdə davam edir” deyə o əlavə edib.
Günəş Mərd
tag: ABŞ,Ukrayna,Silah,Dünya xəbəri,todaypress.az,