"Amerika müflis olur" - İlon Mask
Dünya
25.07.2024 09:25
Amerikalı milyarder, "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Mask ABŞ-nin dövlət borcundab danışıb.
TodayPress xəbər verir ki, sahibkar bu barədə "X" sosial şəbəkəsində yazıb.
“Bu il ABŞ-nin dövlət borcu üzrə faiz ödənişləri 1.140.000.000.000 ABŞ dolları təşkil edəcək ki, bu da toplanan bütün gəlir vergilərinin 76 faizini təşkil edəcək. Amerika müflis olur” deyə o, yazıb.
Mask yaranmış vəziyyəti hökumətin səriştəsizliyi ilə əlaqələndirilib.
Qeyd edək ki, dövlət borcu məsələsi ABŞ iqtisadiyyatı üçün son dərəcə aktual problemə çevrilib.
Günəş Mərd
tag: Amerika, Tesla, SpaceX, Mask, ABŞ, todaypress.az,