Amerika Çindən bağlamalar almağı dayandırdı
Dünya
05.02.2025 10:45
Amerika Birləşmiş Ştatlarının Poçt Xidməti (USPS) Çin və Honq-Konqdan bağlamaların və məktubların qəbulunu dayandırıb.
TodayPress xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.
“USPS” vəziyyətlə bağlı heç bir rəsmi bildiriş və ya açıqlama verməyib.
ABŞ Poçt Xidmətinin qərarının Çinin cavab tarifləri və rüsumları ilə bağlı olub-olmaması hələlik açıqlanmayıb.
Nicat Osman
tag: Amerika,Çin,Poçt,Məktub,Todaypress.az,