Amerika "Apple"ı məhkəməyə verir
ABŞ-nin Minnesota ştatından olan Maykl Metyuz "Apple" şirkətinə qarşı 5 milyon dollar təzminat tələbi ilə məhkəməyə müraciət edib.
TodayPress xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Oğurluq nəticəsində Metyuzun fotolar, musiqilər, vergi sənədləri və işlə bağlı sənədləri də daxil olmaqla vacib məlumatlara çıxışı itib.
Məlumatların bərpası mümkün olmayıb, çünki "Advanced Data Protection" (ADP) funksiyası və ona bağlı olan "Recovery Key" adlı 28 rəqəmli unikal bərpa açarı ilə bu proses qorunur.
"Apple" şirkəti bu bərpa açarının təhlükəsiz yerdə saxlanmasını tövsiyə edir.
Lakin açarın itirilməsi və ya dəyişdirilməsi halında, hesab və məlumatlara çıxış qeyri-mümkün olur – Metyuzun vəziyyətində də belə olub. İddiaçı bildirir ki, cinayətkar "Recovery Key"dən istifadə edərək "Apple ID" şifrəsini dəyişib və yeni açar aktivləşdirərək "iCloud" hesabını bloklaya bilib.
ADP funksiyası məlumatları "Apple" serverləri vasitəsilə bərpa etməyə imkan vermədiyi üçün şirkət istifadəçiyə heç bir yardım göstərmir.
Metyuzun vəkili isə bildirir ki, "Apple"ın məlumat bərpasından imtinası yolverilməzdir, çünki həmin məlumatlar istifadəçiyə məxsusdur, şirkətə yox. Buna görə də onlar "Apple"a qarşı iddia qaldıraraq, məhkəməyə müraciət edib.
Töhfə Səməd
tag: ABŞ,Apple,Məhkəmə,Proses,Todaypress.az,