Amazonda alov alan qayıqda ölənlərin sayı 5-ə çatdı
Dünya
03.08.2024 01:00
Braziliyanın
şimalında Amazon çayında sərnişin qayığının yanaraq batması nəticəsində 5 nəfər
ölüb.
TodayPress xəbər verir ki, göyərtəsində 200-dən çox adamın
olduğu "M.Monteiro" sərnişin qayığı alov alıb.
Ştat hökuməti
yaralı sərnişinlərdən ikisinin son bir neçə saat ərzində öldüyünü və bununla da
ölənlərin sayını 5-ə çatdırdığını açıqlayıb.
Yerli medianın
məlumatına görə, bəzi şahidlər yanğının atəşfəşanlıqdan qaynaqlandığını
bildiriblər.
Qeyd edək
ki, bu, Amazon ştatında üç gün ərzində sərnişin
qayıqlarının iştirak etdiyi ikinci yanğındır. Ötən şənbə günü "Comandante
Souza III" qayığı baş verən yanğından sonra batmış, hadisə nəticəsində isə
azı dörd nəfərin ölmüş, beş nəfər isə itkin düşmüşdü.
Nəzrin Cavadzadə
tag: Amazon, Qayıq, M.Monteiro, Yanğın, todaypress.az,