“Amazon” işçilərini hədələdi
“Amazon” rəhbərliyi distanat qrafikdə işləmək istəyən əməkdaşlarına “çıxış qapısı”nı göstərdi.
TodayPress xəbər verir ki, bu barədə “Amazon Web Services”in baş direktoru Mett Qarman məlumat yayıb.
Şirkətin baş qərargahında keçirilən görüş zamanı icraçı direktor bildirib ki, ofisdə işləmək komandaların yaxşı ünsiyyət qurmasına və daha effektiv olmasına kömək edir. Onun sözlərinə görə, bu əməkdaşlıq mühiti innovasiya və mədəniyyət üçün inanılmaz dərəcədə vacibdir.
Şirkət rəqibləri olan “Microsoft”, “OpenAI” və “Google” ilə ayaqlaşmaq üçün pandemiya zamanı tətbiq edilən distant işləmək rejimindən imtina etmək niyyətindədir.
Bu addım evdən və ya hibrid rejimdə çalışan bəzi “Amazon” əməkdaşlarının əks reaksiyasına səbəb olub.
Qarman onlara “kimsə əgər bu sistemi bəyənmirsə, digər şirkətləri nəzərdən keçirə bilərlər” deyə müraciət edib.
Töhfə Səməd
tag: Amazon, Microsoft, Distant İş, Google,Mett Qarman, todaypress.az,