Amazon çayında qayığın batması nəticəsində 3 nəfər öldü, 9 nəfər itkin düşdü
Dünya
31.07.2024 07:00
Braziliyanın şimalında Amazon
çayında qayığın batması nəticəsində bir yaşlı körpə də daxil olmaqla azı 3 nəfər
ölüb, 16 nəfər yaralanıb, 9 nəfər itkin düşüb.
TodayPress “Xinhua”ya
istinadən xəbər verir ki, 200-dən çox sərnişini daşıyan "M. Monteiro"
adlı qayıqda baş verən partlayışın ardından yanğın meydana gəlib.
Polis sözçüsü və Hərbi Dəniz
Qüvvələrindən verilən açıqlamaya görə, ən azı 183 nəfər sağ qala bilib.
Bu, Amazonasda sərnişin gəmisində
son üç gündə baş verən ikinci yanğındır.
Şənbə günü "Comandante
Souza III" qayığı yanğından sonra çevrilmiş, 4 nəfər ölmüş və 5 nəfər
itkin düşmüşdü.
Nəzrin Cavadzadə
tag: Amazon, Braziliya, Qayıq, Monteiro, todaypress.az,