Alyaska ştatı ABŞ hökumətini məhkəməyə verir
Alyaska ştatı federal hökumətin neft və qazın işlənməsi ilə bağlı qoyduğu məhdudiyyətlərə görə ABŞ prezidenti Cozef Baydenin administrasiyasına qarşı iddia qaldırıb.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd edildiyi kimi, Alyaska hakimiyyəti Amerika administrasiyasının 2024-cü ilin dekabrında ştatda neft və qaz yataqlarının işlənməsi üçün icarələrin verilməsini məhdudlaşdıran qərarından narazı qalıb. Bu qərara görə, 400 min akr (162 min hektar) ərazinin işlənməsi “mümkün və ya qeyri-mümkündür”.
Məlumatda bildirilir ki, tədbirlər Alyaskadakı Arktika Milli Vəhşi Təbiət Sığınacağında gələcək neft kəşfiyyatı və qazma işlərini ciddi şəkildə məhdudlaşdıracaq.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp əvvəllər söz vermişdi ki, vəzifəyə gəldikdən sonra ilk gündə Bayden tərəfindən enerji istehsalına qoyulan bütün məhdudiyyətləri ləğv edəcək. O, həmçinin neft və qaz hasilatı üçün Milli Arktika Qoruğunu yenidən açacağını bəyan edib.
Töhfə Səməd
tag: Donald ,ABŞ, Alyaska, Sığınacaq ,todaypress.az,