Alpinist Pakistanda itkin düşdü
Dünya
19.08.2024 10:10
Pakistanın Gilgit-Baltistan bölgəsindəki IV Qaşerbrum dağında axtarış əməliyyatı aparan Rusiya alpinist komandasının üzvü Sergey Nilov itkin düşüb.
TodayPress xəbər verir ki, bu barədə “The Tribune Express” məlumat yayıb.
"Hazırda Sergey Nilov itkin düşmüş hesab olunur və onun vəziyyəti barədə məlumat yoxdur" deyə bildirilib.
Əlavə edilib ki, avqustun 17-də buz kütləsinin çökməsi zamanı iki rusiyalı alpinist ciddi xəsarətlər alıb.
Rusiya Alpinizm Federasiyasının məlumatına görə, ayın əvvəlində beş nəfərdən ibarət xilasetmə qrupu itkin düşmüş alpinistin cəsədini axtarmaq və repatriasiya etmək məqsədi ilə IV Qaşerbruma ezam olunublar.
Töhfə Səməd
tag: Sergey Nilov,Rusiya, Alpinist, Gilgit-Baltistan , Pakistan, todaypress.az,