Alp dağlarının ən böyük buzlağı yox olacaq
Dünya
12.09.2024 14:00
İtaliyanın şimalındakı Dolomitlərin ən böyük buzlaqı olan Marmolada 2040-cı ilə qədər yox ola bilər.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, italyan alimləri bu qənaətə gəliblər.
Son beş il ərzində buzlaq 70 hektar ərazini itirib ki, bu da 98 futbol meydançasına bərabərdir
Bu sürətlə Marmolada buzlaqı 2040-cı ilə qədər mövcud olmayacaq.
Günəş Mərd
tag: İtaliya, Dolomit, Buzlaq, Marmolada ,Alp, todaypress.az,