Almanya əsgərlərini Ukraynaya göndərir?
Dünya
04.12.2024 12:58
Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib ki, Moskva və Kiyev tərəfindən qəbul olunub, razılaşdırılarsa, alman əsgərləri Ukraynaya göndərilə və atəşkəsin əldə olunması üçün kömək edə bilərlər.
TodayPress xəbər verir ki, bu barədə “Die Welt” məlumat yayıb.
Bundan əvvəl Fransanın BMT-dəki hərbi missiyasının keçmiş rəhbəri, general Dominik Trinkint Ukraynanın təhlükəsizliyi üçün dondurulmuş cəbhə xəttinə Qərb ölkələrinin qoşunlarının yerləşdirilə biləcəyini təklif etmişdi.
Həmçinin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Ukraynaya avropalı hərbçilərin göndərilməsini istisna etməyib.
Töhfə Səməd
tag: Almaniya, Fransa, BMT, Moskva, todaypress.az,