Almanlar Şoltsun əleyhinə çıxdı

Dünya

13.09.2024 15:17

1504

Almanlar kansler Olaf Şoltsun Sosial Demokrat Partiyasından (SPD) növbəti dövr üçün namizədliyini irəli sürməsini istəmir.

TodayPress xəbər verir ki, bu barədə “Tagesspiegel” “YouGov” tərəfindən keçirilən sorğuya istinadən məlumat yayıb. 

“Sorğuda 2126 respondent iştirak edib. Onların 68 faizi Şoltsun ikinci müddətə yenidən seçilməsinə və kansler postuna namizədliyinə qarşı çıxıb. Respondentlərin yalnız 20 faizi onun namizədliyini dəstəkləyib” deyə qeyd edilib.

Sorğuya əsasən, 2021-ci ildə SPD-yə səs verən seçicilərin əksəriyyəti (60 faiz) artıq Şoltsu koalisiyaya başçılıq etməyə uyğun namizəd hesab etmir. Eyni zamanda, respondentlərin 31 faizi indiki kanslerlə birlikdə onun partiyasına yenidən səs verəcək.

Töhfə Səməd

tag: Almanlar, Şolts, SPD, Seçici ,Sorğu ,todaypress.az,