Almaniyaya məxsus hərbi sursat məhv edildi

Dünya

06.08.2024 10:18

Rusiya Qərb qoşunları qrupunun hərbi qulluqçuları Xarkov vilayətində Almaniyanın “Panzerhaubitze 2000” (PzH 2000) özüyeriyən artilleriya qurğusunu məhv ediblər. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Nazirlik qeyd edib ki, əldə edilən obyektiv nəzarət görüntüləri hədəfin məhv edilməsinə imkan verib.

Xatırladaq ki, Arsenalında 60 atım yığımı olan “Panzerhaubitze 2000” özüyeriyən sisteminin atış tempi dəqiqədə 10 mərmiyə çata bilər. 30 km. məsafədə məhv edəcəyi hədəflər isə onu kontr-batareya mübarizəsində əlçatmaz edir.

2022-ci ilin iyul ayında Almaniyaya məxsus bu qurğular yardım məqsədilə Ukraynaya göndərilib.

Töhfə Səməd

tag: Almaniya, Arsenal, Panserhaubitze 2000, Ukrayna, Rusiya, todaypress.az,