Almaniyanın yeni kansleri Ukraynadan danışdı
Almaniyanın yeni kansleri Fridrix Merts Ukraynaya uzun mənzilli “Taurus” raketlərinin mümkün tədarükü ilə bağlı suala birbaşa cavab verməyib.
TodayPress xəbər verir ki, müsahibəni ZDF telekanalı dərc edib.
“Ukrayna prezidenti Volodimir Zelenski mənə və Almaniyaya arxalana biləcəyini bilir” deyə Merts bildirib.
Merz həmçinin əlavə edib ki, o, Ukrayna məsələsində Fransa və Böyük Britaniya ilə fəal əməkdaşlıq etməyi planlaşdırır.
tag: Almaniya,Kansler,Merts,Ukrayna,Todaypress.az,