Almaniyanın ifrat sağçı partiyası Kansler vəzifəsinə namizəd irəli sürdü

Dünya

08.12.2024 09:13

İfrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası fevralın 23-də keçiriləcək parlament seçkilərinə hazırlıq çərçivəsində Kansler vəzifəsinə namizədini müəyyənləşdirib. 

TodayPress mediaya istinadla xəbər verir ki, AfD-nin həmsədri, 45 yaşlı Alis Vaydelin partiyanın idarə heyəti tərəfindən Kansler vəzifəsinə namizədliyi yekdilliklə qəbul olunan qərarla irəli sürülüb.

A.Vaydel və digər həmsədr Tino Krupalla qərarı dekabrın 7-də AfD-nin ofisində keçirilən mətbuat konfransında elan ediblər. 

Ölkədə aparılan son rəy sorğuları nəticəsində AfD-nin reytinqi 19 faiz olaraq dəyərləndirilir.


tag: Almaniya,Kansler,Namizəd,AfD,Todaypress.az,