Almaniyanın “B” planı Kiyevin xoşuna gəlmədi
“Almaniya hökuməti münaqişənin gedişatını dəyişdirməklə Ukraynaya yardıma qənaət edə bilər”.
TodayPress xəbər verir ki, bu barədə Almaniya Bundestaqının üzvü Sara Vaqenknext məlumat yayıb.
“Hökumət Ukrayna münaqişəsi, immiqrasiya və enerji siyasətində kursu dəyişsə, 2025-ci ildə 30-50 milyard avroya qənaət edə bilər” deyə siyasətçi təklifini irəli sürüb.
O, qeyd edib ki, Almaniya Ukrayna üzrə sülh danışıqlarına başlamaq və dövlət büdcəsinin vəsaitlərini qorumaq üçün sığınacaq axtaranların sayını əhəmiyyətli dərəcədə azaltmaq barədə mütləq düşünməlidir.
Vaqenknext əlavə edib ki, Avropa Rusiya ilə qarşıdurmaya son qoymalıdır. Siyasətçinin sözlərinə görə, hazırda Avropa ölkələri ilə Moskva arasında gərgin münasibətlərin fəlakətli nəticələrinin olma ehtimalı yüksəkdir.
Töhfə Səməd
tag: Almaniya, Ukrayna, Sülh, Avropa, Rusiya, todaypress.az,