Almaniyalı deputat “Şimal axını 2” ilə bağlı ölkəsini günahlandırdı
Dünya
24.11.2024 10:23
Almaniya üçün Alternativ (AfD) fraksiyasından Bundestaqın deputatı Yevgen Şmidt Rusiyanın “Şimal axını 2” qaz kəməri ilə bağlı mövcud vəziyyəti şərh edib.
TodayPress xəbər verir ki, onun sözlərini "TASS" sitat gətirib.
“Şimal axını 2"nin bir qolu hələ də işlək vəziyyətdədir, lakin oradan qaz keçmir. Əslində, biz bununla özümüzə qarşı sanksiyalar tətbiq etdik” deyə o qeyd edib.
Deputat əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin sentyabrda bir daha bəyan edib ki, tədarüklər istənilən vaxt bərpa oluna bilər.
Xatırladaq ki, 2022-ci ilin sentyabrında qaz kəmərlərində baş verən təxribatdan sonra dörd xəttdən yalnız biri qalıb.
Töhfə Səməd
tag: Almaniya ,Yevgen Şmidt,Rusiya,Şimal axını 2,todaypress.az,