Almaniyada terroru maliyyələşdirməkdə şübhəli bilinən iki Rusiya vətəndaşı saxlanıldı
Almaniya Baş Prokurorluğu İŞİD
terror təşkilatının üzvlərini maliyyələşdirməkdə şübhəli bilinən iki nəfərin
saxlanıldığını açıqlayıb.
TodayPress xəbər verir
ki, Baş Prokurorluqdan verilən məlumata görə Berlin, Hamburq, Saksoniya və
Şlezviq-Holşteyn federal əyalətlərində 7 yerdə axtarışlar aparılıb.
Məlumatda Rusiya vətəndaşları
Abdulraşit D. və Zurho T.-nın Federal İstintaq Hakiminin verdiyi həbs qərarı əsasında
Lauenburq Hersoqluğu ərazisində və Hamburqda saxlandıqları bildirilir.
Saxlanılan Rusiya vətəndaşları
xaricdə terror təşkilatına dəstək verməkdə, xarici iqtisadi fəaliyyət haqqında
qanunu pozmaqda və kriminal qruplaşmaya üzv olmaqda ittiham olunurlar.
Baş Prokurorluq iddia edir ki, adıçəkilən şəxslər 2022-ci ilin yayın əvvəlində İŞİD-ə qoşulublar. Məqsəd isə Almaniyada və digər Avropa ölkələrində vəsait toplamaq və onları İŞİD terror qruplaşmasına təqdim etmək olub.
tag: Almaniya, Rusiya, İŞİD, Terror, todaypress.az,