Almaniyada terror aktı ilə bağlı səlahiyyətlilər əvvəlcədən məlumatlı idilər?
Dünya
21.12.2024 12:00
Milad bazarına hücumdan sonra Almaniya polisi Səudiyyə Ərəbistanından olan şəxsi həbs edib.
TodayPress xəbər verir ki, bu barədə "Welt"qəzeti məlumat yayıb.
Bildirilib ki, bir neçə gün əvvəl Səudiyyə Ərəbistanından olan qaçqın sui-qəsd nəzəriyyələri ilə dolu uzun, çaşdırıcı bir müsahibə verib.
Bundan başqa məlum olub ki, terror aktını törədən şəxsin adı Taleb əl-Əbdülmöhsəndir. O, 2006-cı ildən Almaniyada yaşayır və daimi yaşayış icazəsi var. O, islamdan imtina etdiyinə görə ölümlə hədələndiyini bildirib və Almaniya hakimiyyətinə sığınacaq verilməsi üçün müraciət edib.
Qeyd edək ki, Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində, 11 nəfər ölüb, 80-dək insan xəsarət alıb.
Saksoniya-Anhalt əyalət hökumətinin sözçüsü Mattias Şuppe hadisəni terror aktı kimi təsnif edib.
Töhfə Səməd
tag: Almaniya ,Terror ,Maşın, Milad ,Yarmarka ,Səudiyyə Ərəbistan ,todaypress.az,