Almaniyada terror : 11 ölü, 80 yaralı
Dünya
21.12.2024 01:14
Almaniyanın Maqdeburq şəhərində naməlum
şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi
nəticəsində 80-dək insan xəsarət alıb.
TodayPress xəbər verir ki, bu barədə “Bild” qəzeti
Maqdeburqdakı xilasetmə xidmətinə istinadla məlumat verib.
Nəşr bildirib ki, hadisədə 11 nəfər ölüb.
“Welt” isə vurğulayıb ki, “BMW” markalı avtomobili idarə
edən şəxs saxlanılıb və onun 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanından
olduğu müəyyən edilib. Nəqliyyat vasitəsi icarəyə götürülüb.
Artıq Almaniya kansleri Olaf Şolts baş verən hadisəyə
münasibət bildirib: “Maqdeburqdan gələn xəbərlər pis fikirlərə yol açır.
Fikirlərim qurbanların və yaralıların yaxınlarının yanındaır. Bu dəhşətli
saatlarda xilasedicilərə minnətdarlığımı bildirirəm”.
Saksoniya-Anhalt əyalət hökumətinin sözçüsü Mattias Şuppe
hadisəni terror aktı kimi təsnif edib.
tag: Almaniya, Terror Aktı, Ölüm, Yaralı,