Almaniyada siyasi böhran dərinləşir
"Xristian-Demokrat və Xristian-Sosial İttifaq blokunun (XDS/XSS) lideri Fridrix Mertsin kansler seçkilərində uğursuzluğu Almaniyada ciddi siyasi böhranın göstəricisidir".
TodayPress xəbər verir ki, bu barədə almaniyalı politoloq Aleksandr Rar “Vzqlyad” qəzetinə açıqlamasında bildirib.
“İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, iki əsas partiyanın və potensial koalisiya tərəfdaşlarının dəstəklədiyi namizəd kansler seçkilərinin ilk turunda məğlub olur” deyə Rar vurğulayıb.
Politoloqun fikrincə, hazırda Almaniyada fəaliyyət qabiliyyətli hökumət yoxdur və daxili problemlərlə yanaşı, xarici çağırışlar da ölkəni təhdid edir.
O, proseslərin alternativ namizəd axtarışına və ya parlamentin yenidən seçilməsinə gətirib çıxara biləcəyini istisna etmir.
Qiymət Mahir
tag: Aleksandr Rar,Fridrix Merts,XDS/XSS,Almaniya,todaypress.az,