Almaniyada silahlı hücüm – Ölənlər və yaralananlar var

Dünya

14.07.2024 17:10

Almaniyanın Baden-Vürtemberq əyalətinin Lautlingen şəhərində törədilən silahlı hücumda bir neçə nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

TodayPress xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Hücum edənin ovçu olduğu güman edilir, qurbanların necə öldürüldüyü açıqlanmır.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Ətraflı məlumat veriləcək. 


Günəş Mərd

tag: Almaniya,dünya,hadisə,silah,todaypress.az,