Almaniyada sənaye istehsalı azaldı

Dünya

06.09.2024 13:44

İyun ayından Almaniyada sənaye istehsalı 2,4 faiz azalıb. 

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb .

Bildirilib ki, bu dinamikanın səbəblərindən biri də avtomobil sektorundakı vəziyyətdir. İkinci rübdə Almaniya iqtisadiyyatı 0,1 faiz azalıb. Beləliklə, durğunluq illərinin arxada qalacağına dair ümidlər puç olub. 

Ifo İnstitutu bu və gələn il üçün proqnozlarını aşağı salıb. Onlar hesab edirlər ki, 2024-cü ildə artım sıfır, 2025-ci ildə isə cəmi 0,9 faiz olacaq. Kiel Dünya İqtisadiyyatı İnstitutu isə daha bədbindir. O, bu il ümumi daxili məhsulun 0,1 faiz azalacağını proqnozlaşdırır.

Mütəxəssislər sənaye istehsalının azalma sürəti ilə bağlı yeni məlumatları “soyuq duş” adlandırıblar. Vəziyyətin yaxşılaşmasına dair heç bir əlamət yoxdur. Eyni zamanda, Almaniya iqtisadiyyatının mövcud problemlərinin müvəqqəti deyil, struktur xarakterli olması ilə bağlı narahatlıqlar da var.

Töhfə Səməd

tag: Almaniya ,Proqnoz, Dünya, İqtisadiyyat, Sənaye ,todaypress.az,