Almaniyada Rusiyanın 3,5 milyard avro dəyərində aktivləri bloklandı
Almaniya Avropa İttifaqının sanksiya rejimi çərçivəsində
Rusiyanın 3,5 milyard avro dəyərində aktivlərini dondurub.
TodayPress xəbər verir ki, bu barədə Rusiyanın Maliyyə Nazirliyindəki
mənbənin “TASS”a verdiyi məlumatda öz əksini tapıb.
“Almaniyada
indiyədək təxminən 3,5 milyard avro dəyərində aktivlər dondurulub. Bunlara qara siyahıya salınmış şəxslərin və ya qurumların
bloklanmış vəsaitləri, iqtisadi resursları, habelə Rusiya Mərkəzi Bankının
yerləşdirilmiş xarici aktivləri daxildir” mənbədə bildirilib.
Almaniya
Maliyyə Nazirliyinin sözçüsü 2023-cü il dekabrın sonunda bildirib ki,
səlahiyyətlilər Aİ sanksiyaları çərçivəsində həmin ayın əvvəlinə təxminən 4,1
milyard avroluq Rusiya aktivlərini dondurub.
Aynur TAC
tag: Almaniya, Avropa İttifaqı,Rusiya, Aktivlər, Maliyyə, todaypress.az,