Almaniyada qaçqınlar üçün sığınacaqda baş verən yanğında 1 həlak oldu
Dünya
08.07.2024 23:39
Almaniyanın Buxholts şəhərində
qaçqınlar üçün sığınacaqda baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 20 nəfər
yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə “Bild" tabloid qəzeti
polisin məlumatlarına istinadən məlumat yayıb.
“Ümumilikdə 20 nəfər xəsarət
alıb, 8 nəfər xəstəxanaya yerləşdirilib” məlumatda qeyd edilib.
Hüquq-mühafizə orqanlarının məlumatına
görə, yanğına səbəb sığınacaq sakinləri arasında baş verən dava olub.
Bildirilib ki, güman ki,
Efiopiyadan olan bir qaçqın tez alışan mayeni yandırıb, nəticədə partlayış baş
verib. Nəticədə həmin şəxs ölüb. (report.az)
tag: Almaniya, Sığınacaq, Buxholts , Efiopiya, todaypress.az,