Almaniyada partlayış: 2 polis əməkdaşı yaralandı

Dünya

03.01.2025 10:16

Berlində polis idarəsinin divarı yaxınlığında partlayış olub. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində 2 polis əməkdaşı xəsarət alıb.

 Bildirilib ki, Berlinin Vitenau məhəlləsində polis idarəsi yaxınlığında gecə saatlarında naməlum əşyanın partlaması nəticəsində biri qadın, digəri kişi olmaqla 2 polis nəfəri xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

tag: Almaniya ,Partlayış ,Polis, Xəsarət ,todaypress.az,