Almaniyada partiya rəhbərləri istefa verdi
Dünya
25.09.2024 13:32
Yaşıllar Partiyasının bütün federal icra heyəti istefa vermək qərarına gəlib.
TodayPress xəbər verir ki, bu barədə “Welt” məlumat yayıb.
Buna səbəb partiyanın Türingiya, Saksoniya və Brandenburqda keçirilən əyalət seçkilərində ağır məğlubiyyətə uğraması olub.
Qeyd edək ki, sentyabrın 22-də Brandenburqda keçirilən ştat seçkilərində ilkin nəticələrə görə Yaşıllar Partiyası 4.1 faiz səs toplayıb. Onlar birbaşa mandat qazana bilmədiklərinə görə, gələcəkdə ştat parlamentində təmsil olunmayacaqlar. Partiya Türingiya və Saksoniya əyalətlərinin parlamentinə daxil olmaqdan da məhrum olub.
Töhfə Səməd
tag: Almaniya, Yaşıllar Partiyası ,Türingiya, Saksoniya, Branderburq, todaypress.az,