Almaniyada körpü çökdü

Dünya

11.09.2024 10:12

Almaniyada Karolabrüke körpüsünün böyük bir hissəsi Elba çayına çöküb. 

TodayPress xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Hadisə Drezdendə baş verib. Körpünün piyadalar üçün nəzərdə tutulmuş hissəsi və tramvay yolu olan hissəsi çaya düşüb. 

Bildirilib ki, qəza nəticəsində bütün şəhəri təmin edən mərkəzləşdirilmiş istilik xətləri də sıradan çıxıb. Körpünün ətrafı mühasirəyə alınıb.

Hadisənin səbəbləri açıqlanmır.

Töhfə Səməd

tag: Almaniya, Karolabrüke,Körpü, Elba, Hadisə, todaypress.az,