Almaniyada işçilərin kütləvi tətilləri başlayır
Dünya
29.10.2024 16:50
Almaniyada metallurgiya və elektrik sənayesi işçiləri kütləvi tətilə başlayıblar.
TodayPress “Build”ə istinadla xəbər verir ki, buna səbəb avtomobil istehsalçılarının zavodları bağlamaq və onlarla iş yerini ixtisar etmək planları, habelə işçilərin əmək haqlarının artırılması tələbləri olub.
Tətil edənlərə “Volkswagen” və “BMW” avtomobil istehsalçılarının əməkdaşlarının qoşulduğu da qeyd edilir.
Müəssisələrdə iş gün ərzində dayandırılacaq.
Tətil edənlərin tələbləri arasında əmək haqlarının 7 faiz, eləcə də kursantların maaşının 170 avro artırılması var. Qeyd olunub ki, bu, inflyasiyanı kompensasiya etmək üçün lazımdır.
Günəş Mərd
tag: Almaniya, İşçilər,Volkswagen, Avtomobil, Müəssisə, todaypress.az,