Almaniyada hotel çökdü - Ölənlər və yaralananlar var
Dünya
07.08.2024 16:55
Almaniyanın Kröf yaşayış məntəqəsində hotel çöküb. Hadisə nəticəsində ölən və yaralananlar var.
TodayPress xəbər verir ki, bu barədə "Bild" hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Bildirilir ki, bir mərtəbə çöküb, nəticədə azı bir nəfər həlak olub.
Qeyd olunub ki, binada 14 nəfər olub. Beş nəfər rahat şəkildə xilas ola bilib, lakin son məlumatlara görə, dağıntılar altında doqquz nəfər qalıb, onlardan biri uşaqdır.
Axtarış-xilasetmə əməliyyatları davam edir.
tag: Almaniya, Bild, İnsanlar, Dağıntı, Hotel, todaypress.az,