Almaniyada hava şəraitinə görə yüzlərlə aviareys təxirə salındı
Dünya
05.01.2025 16:41
Almaniyada əlverişsiz hava şəraiti ilə əlaqədar 100-dən çox aviareys ləğv edilib.
TodayPress xəbər verir ki, bu barədə hava limanının saytında məlumat verilib.
Qeyd olunub ki, bu gün Frankfurteroportunda planlaşdırılan 1090 aviareysdən 120-i ləğv olunub.
Aeroportda eniş-uçuş zolaqlarının təmizlənməsinə ehtiyac yaranıb, görüş məsafəsi azalıb.
Bütün bunlar aeroportun imkanlarını məhdudlaşdırıb.
Günəş Mərd
tag: Hava limanı,Almaniya,Uçuş,Aeroport,Todaypress.az,