Almaniyada Fələstinə dəstək aksiyası keçirildi, saxlanılanlar var

Dünya

04.11.2024 13:20

Berlinin Kreuzberg rayonunda Fələstinə dəstək nümayişi zamanı 8 polis əməkdaşı yaralanıb. 

TodayPress xəbər verir ki, bu barədə “Die Welt” qəzeti məlumat yayıb.

Bildirilib ki, antikonstitusiya və terror təşkilatlarının simvollarından istifadə, sağlamlığa xəsarət yetirmə və təhqir etmə faktları üzrə istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Faktla bağlı 36 cinayət işi başlanıb. 

Qeyd edək ki, nümayiş iştirakçıları İsrailə qarşı “Çaydan dənizə” şüarını səsləndiriblər.

Nümayişdə 720-yə yaxın insan iştirak edib. Məlumata görə, yürüş zamanı jurnalistə hücum edilib. Eyni zamanda etirazçılar polisə şüşə atıblar. İştirakçılar saxlanılan şəxsləri də azad etməyə çalışıblar. Bununla bağlı polis əməkdaşlarına hücum və müqavimət göstərmə, habelə odlu silah oğurlamağa cəhd faktları ilə bağlı növbəti cinayət işi başlanıb. 

Bundan başqa, 95 nəfər qadağan olunmuş şüar səsləndirdiyi üçün mitinqdə iştirakını dayandırmalı olub. Nümayiş vaxtından əvvəl başa çatıb. 

Töhfə Səməd

tag: Berlin, Fələstin, Nümayiş, Mitinq, Cinayət, todaypress.az,