Almaniyada Çinə cəsusluqda ittiham olunan ABŞ vətəndaşı həbs edildi
Dünya
07.11.2024 18:27
Almaniyanın Frankfurt şəhərində ABŞ vətəndaşı Çinə casusluqda şübhəli bilinərək həbs edilib.
TodayPress “DW”yə istinadən xəbər verir ki, ABŞ vətəndaşı Almaniyada ABŞ hərbi xidmətlərində işləyərkən əldə etdiyi məlumatları Çin kəşfiyyatına ötürməkdə şübhəli bilinir.
Bildirilib ki, Martin D. adlı şəxs xarici kəşfiyyat xidməti üçün kəşfiyyat fəaliyyəti aparmaq istəyini ifadə etməkdə şübhəli bilinərək həbs edilib və o, 2024-cü ildə Çin rəsmiləri ilə əlaqə saxlayıb və onlara ABŞ ordusu ilə bağlı həssas məlumatları təqdim etməyi təklif edib.
tag: Almaniya, ABŞ, Çin, Ordu, Martin, todaypress.az,