Almaniyada bu il iflas edən şirkətlərin sayı 5209-a çatdı
Almaniyada müflis olan şirkətlərin sayı bu ilin yanvar-mart aylarından 2023-cü ilin eyni dövrü ilə müqayisədə 26,5 faiz artaraq, yüksək enerji qiymətləri və artan kredit faizləri səbəbindən 5209-a çatıb.
TodayPress xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) yanvar-mart və may ayları üçün iflas müraciəti məlumatlarını açıqlayarkən bildirib.
Buna görə ölkədə ilin ilk rübündə 5209 müəssisə iflas olduğunu elan edib. Şirkətlərin iflas iddiaları ilə bağlı kreditorlara ödənilməsi gözlənilən borc birinci rübdə 11,3 milyard avro olaraq qeyd edilib.
Destatis məlumatlarına görə, may ayında iflas müraciətləri keçən ilin eyni dövrünə görə yüzdə 25,9 artıb. Mütəxəssislər bu il Almaniyada korporativ iflasların sayının 20 min civarına yüksələcəyini proqnazlaşdırırlar.
GÜNEL
tag: Almaniya, Statistika, Kosporotiv iflas, Müflis şirkətlər, todaypress.az,