Almaniyada antisemitizm motivli 500-dən çox cinayət törədildi
Dünya
04.11.2024 18:13
Bu ilin üçüncü rübündə Almaniyada antisemitizm motivli 500-dən çox cinayət törədilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə bərabər göstəricidir. Beləliklə, ölkədə törədilən antisemitizm cinayətlərinin səviyyəsi yüksək olaraq qalır.
TodayPress xəbər verir ki, bu barədə “Rheinische Post” qəzeti Almaniya Federal Cinayət İdarəsinə (BKA) istinadən məlumat yayıb.
Bildirilib ki, üçüncü rübdə polisin antisemitizm kimi təsnif etdiyi 502 cinayət törədilib. Bundan başqa, onlardan 20-si zorakılıq, 24-ü bədən xəsarəti ilə müşayiət olunub.
Statistikada avqustun 23-də Solingen şəhərində festivalın qonaqlarına hücumu, 26 yaşlı suriyalının bıçaqla hücumu və 3 nəfəri öldürməsi, daha 8 nəfəri yaralaması da nəzərə alınıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 91 şübhəli sağçı siyasi spektrə aiddir, onlardan 88-i əcnəbidir, 16-sı isə dini ideologiyaya görə həbs olunub.
Almaniyada antisemitizm cinayətlərinin sayı tez-tez yüksək nəticə göstərir. 2024-cü ilin ikinci rübündə BKA əvvəlcə 715 antisemit cinayəti qeydə almışdı. Daha sonra say 1389-a düzəldildi. Ötən ilin üçüncü rübündə ilkin olaraq 540 belə cinayət faktı qeydə alınıb. Daha sonra bu dəyər 1028-ə düzəldilib.
Töhfə Səməd
tag: Almaniya, Məlumat, Cinayətlər,BKA,Solingen, todaypress.az,