Almaniya XİN rəhbəri: “Ukraynaya dəstək davam edəcək”
Almaniyanın yeni xarici işlər naziri Yohan David Vadeful Ukraynaya dəstəyin davam etdiriləcəyini və bu mövqedən geri çəkilməyəcəklərini bildirib.
TodayPress xəbər verir ki, onun sözlərini Almaniyanın “N-tv” telekanalı yayıb.
“Biz lazım olanı edirik və bunu Rusiya bu müharibənin dayanmalı olduğunu, atəşkəs rejiminə riayət edilməli olduğunu anlayana qədər davam etdirəcəyik” deyə Vadeful vurğulayıb.
Qeyd edək ki, Vadeful bundan əvvəl də Ukraynaya tam dəstək kursunu davam etdirəcəyini açıqlamışdı. O, Rusiya əleyhinə sərt mövqeyi ilə tanınır və Xristian-Demokrat İttifaqında (XDS) “şahin” siyasətçilərdən sayılır. Vadeful, həmçinin Almaniyanın Ukraynaya uzun mənzilli “Taurus” qanadlı raketlərini verməsinin tərəfdarıdır.
Qiymət Mahir
tag: Almaniya,Yoxann Vadeful,Ukrayna,Rusiya,todaypress.az,