Almaniya vətəndaşlarını Livandan təxliyə edir

Dünya

06.08.2024 14:10

Almaniya hökuməti İsrail və İran arasında münaqişənin şiddətlənməsindən narahat olduğu üçün bu gün Livan və digər Yaxın Şərq ölkələrindən öz vətəndaşlarını Kipr vasitəsilə təxliyə etməyə başlayacaq.

TodayPress xəbər verir ki, bu barədə Kipr Yayım Korporasiya (CyBC) məlumat yayıb.

Bildirilib ki, Aşağı Saksoniya federal əyalətində “A400M” nəqliyyat təyyarəsi Beyrut istiqamətində uçuş edəcək. Hazırda nəzərdə tutulan ərazilərdə təxminən 2 min Almaniya vətəndaşı yaşayır. Ehtiyac yaranarsa, onların bir həftə ərzində təkcə hava deyil, həm də dəniz vasitəsilə təxliyyə ediləcəyi gözlənilir.

Töhfə Səməd

tag: Almaniya, İsrail, İran, Livan, Aşağı Saksoniya, A400M, todaypress.az,