Almaniya və İngiltərə Ukraynaya dəstək vəd etdi
Dünya
28.08.2024 17:06
Almaniya kansleri Olaf Şolts və Böyük Britaniyanın baş naziri Kir Starmer Berlində birgə mətbuat konfransında Ukraynaya dəstəklərinin dəyişməz olaraq qalacağını bildiriblər.
TodayPress xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Kir Starmer çıxışı zamanı bildirib ki, Ukrayna təkcə ölkəsi üçün deyil, həm də bütün Avropadakı insanlar üçün mübarizə aparır.
Öz növbəsində Şolts söz verib ki, Berlin və London lazım olduğu müddət maliyyə, iqtisadi, siyasi və hərbi dəstəyi davam etdirəcəklər.
Töhfə Səməd
tag: Almaniya, İngiltərə, Berlin, London, Olaf Şolts ,Kir Starmer, todaypress.az,