Almaniya Ukraynaya yeni hərbi yardım paketi göndərəcək
Dünya
08.10.2024 16:40
Qərb müttəfiqlərinin Ramşteyn formatında keçirilən görüşündə Ukraynaya yeni hərbi yardım paketinin göndərilməsi ilə bağlı qərar qəbul oluna bilər.
TodayPress xəbər verir ki, bu barədə Almaniya hökumətindəki adı açıqlanmayan mənbə “TASS” ilə söhbətində etiraf edib.
“Bunun baş tutma ehtimalı çox yüksəkdir” deyə o, bildirib.
Agentliyin həmsöhbəti qeyd edib ki, müttəfiqlər ilk növbədə Ukraynanın hansı xüsusi silahlara ehtiyacı olduğunu bilməlidirlər.
Töhfə Səməd
tag: Qərb ,Ramşteyn ,Almaniya ,Ukrayna ,Silahlar ,todaypress.az,