Almaniya Ukraynaya “Taurus” raketlərini verməkdən imtina etdi
Dünya
16.08.2024 09:18
Almaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb.
TodayPress-in məlumatına görə, bunu almaniyalı general-mayor Kristian Freydinq bildirib.
Onun sözlərinə görə, 2024-cü ilin dekabr ayına qədər iki ədəd “İris-T” hava hücumundan müdafiə sistemi, 30-a yaxın “Leopard 1A5” tankı, həmçinin iki növ 16 ədəd özüyeriyən artilleriya qurğusu, PUA və PUA-dan müdafiə sistemləri alacaq.
Buna baxmayaraq, Almaniya Ukraynaya uzaqmənzilli “Taurus” raketləri verməkdən imtina edib.
tag: Almaniya, Ukrayna, Taurus, PUA,Raket, todaypress.az,