Almaniya Ukraynaya sülh təşəbbüsü təklif etdi
Dünya
14.09.2024 15:50
Almaniya Sosial Demokrat Partiyası (SPD) fraksiyasının rəhbəri Rolf Mütseniş Ukrayna üzrə sülh danışıqları prosesinin başlamasına imkan verəcək təmas qrupunun yaradılmasını təklif edib.
TodayPress xəbər verir ki, siyasətçi bu barədə “Rheinische Post” qəzetinə müsahibəsində danışıb.
“Məncə, indi Qərb müttəfiqlərinin prosesə başlamaq üçün təmas qrupunun yaradılmasına təşəbbüs göstərməsinin vaxtıdır” deyə o, bildirib.
Mütseniş əlavə edib ki, o, şəxsən münaqişənin sülh yolu ilə həlli prosesində iştirak etməyə hazırdır.
Töhfə Səməd
tag: Almaniya ,Qərb ,Sülh ,Mütseniş ,Almaniya Sosial Demokrat Partiyası ,todaypress.az,