Almaniya Ukraynaya silah tədarükünü davam etdirəcək

Dünya

12.05.2025 13:45

13

Atəşkəs əldə olunmasa, Almaniya Ukraynaya silah və hərbi yardım göndərməyə davam edəcək.

TodayPress xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Yohan Vadeful mətbuat konfransında danışıb. 

Onun sözlərinə görə, Berlin əlavə yardım paketlərinə də hazırdır.

Bundan əvvəl Almaniya kansleri Fridrix Merts də Ukraynaya hərbi dəstəyin davam etdiriləcəyini təsdiqləyib.

Onun sözlərinə görə, silah növləri və digər texniki detallarla bağlı müzakirələr ictimaiyyət qarşısında aparılmayacaq.

Türkan İsgəndərli

tag: Atəşkəs,Ukrayna,Almaniya,Rusiya,todaypress.az,