Almaniya Ukraynaya özüyeriyən artilleriya verəcək

Dünya

06.09.2024 15:53

Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin Ukraynaya daha 12 “Panzerhaubitze 2000” özüyeriyən artilleriya sistemi tədarük edəcəyini açıqlayıb.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

Bildirilib ki, 6 müasir artilleriya qurğusu bu il, daha 6-sı gələn il çatdırılacaq.

Quraşdırmaların dəyərinin 150 milyon avro olduğu qeyd edilib. 

Bundan əlavə, Pistoriusun sözlərinə görə, Almaniya və digər avropalı tərəfdaşlar 77 “Leopard 1A5” əsas döyüş tankını mümkün qədər tez Ukraynaya çatdırmaq istəyirlər. Qeyd edək ki, Almaniya Danimarka ilə birgə layihə çərçivəsində artıq Kiyevə 58 belə tank verib.

Töhfə Səməd

tag: Almaniya, Boris Pistorius, Ukrayna,Panzerhaubitze 2000 ,Leopard 1A5, todaypress.az,