Almaniya Ukraynaya ordu göndərilməsinə qarşı çıxdı

Dünya

16.12.2024 09:41

Almaniya sakinləri alman əsgərlərinin Ukraynaya sülhməramlı kimi  göndərilməsinin əleyhinədirlər. 

TodayPress xəbər verir ki, bu barədə "t-online" portalı məlumat yayıb. 

Nəşr vurğulayıb ki, keçirilən sorğu əsasında Şərqi Almaniyada respondentlərin 67%-i, Qərbi Almaniyada isə respondentlərin 49%-i Ukraynaya əsgər göndərilməsi ideyasına qarşı çıxıb. 

Şərqi Almaniyada vətəndaşların 25%-i, Qərbi Almaniyada isə 37%-i qoşun göndərilməsini dəstəkləyib.

Təşəbbüsü dəstəkləyən siyasi qrupların əksəriyyəti  “Yaşıllar” partiyasının nümayəndələri olub (75%). 

Xatırladaq ki, dekabrın 14-də Bundestaqın Müdafiə Komitəsinin sədri Markus Faber alman sülhməramlılarının Ukraynaya göndərilməsi ilə bağlı bəyanatları axmaqlıq adlandırmışdı. 

Günəş Mərd

tag: Almaniya, Sorğu ,Müdafiə, Komitə, todaypress.az,