Almaniya Ukraynaya iqtisadi və hərbi yardımı azaldacaq

Dünya

06.01.2025 14:48

Almaniya 2024-cü illə müqayisədə Ukraynaya iqtisadi və hərbi yardımı azaldacaq. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının hesabatında deyilir.

Tədqiqat institutu Berlinin Kiyevə dəstəyini davam etdirəcəyini, lakin daha kiçik miqyasda olacağını vurğulayıb. “Rusiya və Dünya: 2025” illik proqnozunda Almaniyanın Ukraynaya təxminən 40 "Leopard 1" tankı və "15 İRIS-T" orta və qısa mənzilli zenit-raket kompleksi, həmçinin "Gepard" özüyeriyən zenit-raket kompleksi təhvil verəcəyi bildirilir.

Berlin Ukraynaya ikinci ən böyük yardım donorudur. Onu yalnız ABŞ qabaqlayır.

Töhfə Səməd

tag: Almaniya ,Ukrayna,İqtisadi,Hərbi,Yardım,todaypress.az,