Almaniya Ukraynaya hava hücumundan müdafiə sistemi verdi
Dünya
19.08.2024 15:10
Almaniya Ukraynaya “IRIS-T” hava hücumundan müdafiə sistemi və “Vektor” pilotsuz təyyarələrinin daxil olduğu yeni hərbi yardım paketi təqdim edib.
TodayPress “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Yeni yardım paketinə bir hava hücumundan müdafiə sistemi “IRIS-T SLS”, 155 mm kalibrli 14 min patron, 10 pilotsuz suüstü gəmi, 16 ədəd ehtiyat hissələri olan vektor kəşfiyyat aparatı, partlayıcı obyektlərin atılması üçün materiallar, 6 yüksək mobil dağ-mədən ekskavatorları, 1 ədəd “Bergepanzer 2” zirehli təmir və evakuasiya maşını, 55 min ilkin tibbi yardım dəsti, 556 ədəd “700 MK” hücum tüfəngi, 10 yüksək dəqiqlikli “HLR 338” patronlu tüfəng, 50 ədəd “CR 308” tüfəngi.
Qeyd edək ki, Almaniya sonuncu dəfə 2024-cü ilin iyununda Ukraynaya hərbi yardım göstərmişdi.
Günəş Mərd
tag: Ukrayna, Yardım, Almaniya,HLR 338,700 MK, todaypress.az,