Almaniya Ukraynaya 200-ə yaxın "PUA" verəcək
Dünya
21.11.2024 01:54
Almaniya Ukraynaya 200-ə yaxın "PUA", zireh, artilleriya verəcək.
TodayPress xəbər verir ki, bu barədə Almaniya özünün rəsmi hökumət saytında dərc olunub.
Bildirilib ki, yeni
paketə “Marder” piyada döyüş maşınları, iki “Biber” tank körpüsü, üç “Wisent 1”
zirehli mina təmizləmə maşını, üç mina trolu, səkkiz ‘Karaka”l hücum maşını, 20
sərhəd mühafizə maşını və altı “M1070 Oshkosh” tank daşıyıcı traktoru üçün
sursat daxildir.
Ukraynaya ABŞ-dan sonra
ikinci ən böyük silah tədarükçüsü olan Almaniya Kiyevə keçmiş və gələcək
dövrlərdə ümumilikdə təxminən 28 milyard avroluq hərbi dəstək verib.
Aynur TAC
tag: Kiyev, Almaniya, Ukrayna, Yardım, Marder, todaypress.az,