Almaniya Ukraynanın müdafiəsini gücləndirəcək

Dünya

20.10.2024 11:00

1851

Ukrayna və Almaniya Kiyevin hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üzrə tədbirlər haqqında saziş imzalayıblar. 

TodayPress xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rustem Umerov “Facebook” sosial şəbəkəsindəki səhifəsində bildirib. 

“Böyük yeddilik müdafiə nazirlərinin görüşündə Almaniya ilə Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirmək üçün təcili tədbirlər görülməsinə dair mühüm saziş imzalanıb.

Müqavilə imzalayan ölkələrin Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə yönəlmiş birgə layihələrə töhfə verəcəyi və ya öz layihələrini maliyyələşdirəcəyi tənzimləmələri nəzərdə tutur” deyə Umerov yazıb. 

Nazir qeyd edib ki, Belçika, Norveç, Hollandiya və Danimarka sonradan bu sazişə qoşulacaq.   

Umerov ,həmçinin Almaniyaya təşəbbüsə, bütün iştirakçı ölkələrə isə Ukraynanın təhlükəsizliyinə verdiyi töhfəyə görə təşəkkür edib. 

Günəş Mərd  

tag: Almaniya,Ukrayna,Müdafiə,Kiyev,Todaypress.az,